“Aşiq dərviş” sərgisi çərçivəsində mühazirə...

02 May-02 May, 2024

Keçirilmiş

Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən müasir özbək miniatürçü rəssamlarının “Aşiq dərviş” sərgisi çərçivəsində mühazirə keçirilib. “Özbəkistanın müasir rəssamlığı: mədəni yaddaş, yoxsa innovasiya?” adlı mühazirə Özbəkistan Rəssamlıq Akademiyasının akademiki, sənətşünaslıq üzrə elmlər doktoru, professor, eyni zamanda sərginin kuratoru Kamola Akilova tərəfindən təqdim olunub. Məruzəçi özbək miniatür sənətinin keçdiyi tarixi inkişaf yolundan danışaraq ümumilikdə bu irsin Türk-İslam mədəniyyətinin mühüm tərkib hissəsi olduğunu vurğuladı.

Orta əsr rəngkarlığında əksini tapmış sufi dünyagörüşü, miniatürə xas estetika, simvolika, bədii obraz sistemi, müasir rəssamların mədəni-genetik yaddaş kimi bu dəyərli mirasa münasibəti məruzədə bəhs olunan digər məqamlardan oldu.

Daha sonra məruzəçi və sərgidə əsərləri nümayiş olunan  rəssamlar auditoriyanı maraqlandıran sualları cavablandırdılar.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, dosent Şirin Məlikova, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə çıxış edərək maraqlı mühazirəyə görə Kamola Akilovaya təşəkkür etdilər və onun tədqiqatlarının sənətşünaslıq elminə böyük töhfə verdiyini bildirdilər.

Sonda professor Kamola Akilova müəllifi olduğu bir sıra kitabları muzeyə hədiyyə etdi.

Son Sərgilər

Beynəlxalq Muzeylər Günü...

Ətraflı...

«Açıq qapı» Günü 18 may...

Ətraflı...

“Kamera ansamblı” kafedrasının konserti ...

Ətraflı...

"Vətəndaş rəssam" adlı film nümayiş olun...

Ətraflı...